Monteneqro Prezidenti Azərbaycana səfər etmək planları barədə bildirib
Azərbaycana səfər gündəmdədir və tərəflər səfərin təşkili üzərində işləyirlər.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Monteneqro Prezidenti Yakov Milatoviç Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində bildirib.
"Hazırda mənim administrasiyam və Azərbaycan Prezidentinin administrasiyası bu məsələni müzakirə edir. Səfərin tarixini razılaşdırırıq. Düşünürəm ki, Bakı Qlobal Forumunda iştirak etmək üçün gələ bilərəm. Səfəri bu tədbirlə eyni vaxta salmaq üçün qrafikləri uzlaşdırmağa çalışırıq", - o qeyd edib.
Noyabrın 1-dən Azərbaycan vətəndaşları üçün viza rejiminin tətbiq edilməsinə toxunan Monteneqro prezidenti izah edib ki, bu qərar ölkənin Avropa İttifaqına daxil olması prosesi ilə bağlıdır. Onun sözlərinə görə, Monteneqro müvafiq öhdəlikləri yerinə yetirərək viza siyasətini Aİ-nin tələbləri ilə tam uyğunlaşdırıb.
Milatoviç qoşulma haqqında müqavilənin gələn ilin birinci yarısında imzalanacağına ümid etdiyini bildirib. O qeyd edib ki, çox şey seçkilərin keçirilmə müddətindən asılı olacaq, lakin belə bir ssenarini tamamilə mümkün hesab edir.
"Bu, bizim üçün irəliyə doğru böyük bir addım olacaq", - prezident vurğulayıb.
Azərbaycanla turizm əməkdaşlığı barədə danışan zaman Milatoviç qeyd edib ki, Monteneqro xarici qonaqlar, o cümlədən Azərbaycandan gələnlər üçün cəlbedici ölkədir. O, turizmin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb və azərbaycanlı turistləri Monteneqroya səfər etməyə dəvət edib.
Monteneqro prezidenti həmçinin 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin qarşıdan gələn sammitini müsbət qiymətləndirərək, bu tədbiri səbirsizliklə gözlədiyini bildirib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













