Xalq artistinin "Dream Fest" obrazı maraq doğurdu - Şeir, rəsm və moda…
"Dream fest 2026"ı beynəlxalq musiqi festivalının ikinci günü keçirilib.
Far.Az xəbər verir ki, yerli və xarici ulduzlar öz növbəsində gümüşü xalıdan keçərək KİV nümayəndələrinin suallarını cavablandırıblar.
Tədbirin ikinci günündə iştirak edən Xalq artisti Tünzalə Ağayeva imici ilə fərqlənib. İfaçının geyimi, onun bəstəkar kimi mahnıya çevirdiyi görkəmli Azərbaycan şairlərinin şeirlərindən seçilmiş misralarla naxışlanıb. Ağ geyiminin üzərində yer alan şeir misraları obrazına həm poetik ovqat, həm də fərqli bir zəriflik qatıb. Bununla yanaşı, libasın üzərində Tünzalə Ağayevanın portreti də əks olunub. Söz və təsvirin ahəng içində qovuşduğu bu xüsusi geyim sənətkarın yaradıcılığının 25 illik yubileyinə ithaf edilib və onun sənət yoluna zərif bir ehtiramın ifadəsinə çevrilib.
Beş ay ərzində hazırlanan geyimin müəllifi dizayner Lali Rüstəmova, libasın üzərində əks olunan portret isə rəssam Nərgiz Hüseynovaya məxsusdur. Xalq artistinin saçı və makiyajı üzərində isə stilist Sabir Bağırov çalışıb.
Oxşar xəbərlər
Xəzərin sahilində keçirilən "Dream Fest"in İLK GÜNÜNDƏ YAŞANANLAR
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Bilgəhdəki çimərlik zibildən təmizləndi
-
Aleksandr Sokolov: Rusiyanın Kirov vilayətində raket hücumu zamanı 6 nəfər ölüb
-
"Körpülərin İstismarı və Təmiri Müəssisəsi" ləğv olunur
-
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb













