10 ay ərzində narkotiklə bağlı 4731 nəfər tutulub, 60-ı əcnəbidir
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bu ilin 10 ayı ərzində cinayət məsuliyyətinə 4731 nəfər cəlb edilib, onlardan 4603-ü kişi, 128-i qadın olub.
Bu barədə "Far.Az"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.
O bildirib ki, məsuliyyətə cəlb edilmiş 60 xarici ölkə vətəndaşından ümumilikdə 690 kq 686,733 qr və 2 778 ədəd həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qr) çətənə bitkisi götürülüb.
Təhlil göstərir ki, 2025-ci ilin yanvar-oktyabr ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 238 fakt, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 257 fakt, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 32 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 30 fakt, qrup halında olan cinayətlərin sayı 62 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 24 nəfər azalmışdır. Həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 51 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 44 nəfər və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 786 kq 066,467 qr artmışdır.
Oxşar xəbərlər
Bu ilin 10 ayı ərzində narkotiklərlə bağlı 6 792 cinayət faktı aşkarlanıb
Bu ilin beş ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3766 cinayət faktı aşkarlanıb
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat çərçivəsində 1765 cinayət faktı aşkarlanıb
Daşkənddə Əmir Teymurun 690 illiyi münasibətilə beynəlxalq konfrans başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













