V Milli Yaylaq Festivalının açılışı mərasimi keçirilib
Göygöl rayonunun Yeni Zod kəndi ərazisində yerləşən "Xan Yurdu" etnoqəsəbəsində V Milli Yaylaq Festivalının açılışı mərasimi keçirilib.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, üç gün davam edəcək tədbirdə rəsmi şəxslər, dövlət və özəl qurumların nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər, media nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.
Öncə rəsmilər və festival iştirakçıları yerli etnik musiqi qruplarının ifalarını, kollektivlərin çıxışlarını, milli rəqsləri, xalq mahnılarını izləyiblər. Daha sonra tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, festivalın əsas məqsədlərindən biri milli-mənəvi dəyərlərin qorunması və adət-ənənələrin gənc nəslə aşılanmasıdır:
"Festivalın keçirməkdə bir neçə məqsəd var. Əsaslardan biri milli-mənəvi dəyərlərimi gənc nəsillərə aşılamaqdır. Prezident İlham Əliyev gənclərlə dəfələrlə görüşlərində bu məsələnin əhəmiyyətini vurğulayıb, müxtəlif dövlət qurumlarına bununla bağlı müvafiq tövsiyələr verib. Beşinci dəfə təşkil olunan Milli Yaylaq Festivalında biz doğrudan da milli ab-havanı görürük, hiss edirik. Buna görə ilk növbədə sizlərə təşəkkürümü bildirmək istəyirəm".
Natiqlər festivalın əhəmiyyətindən bəhs edərək bu cür tədbirlərin milli irsin qorunması, mədəniyyətimizin təbliği və turizmin inkişafı baxımından mühüm rol oynadığını qeyd ediblər. Rəsmi çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib. Festivala ölkənin müxtəlif bölgələrindən, həmçinin xarici dövlətlərdən çoxsaylı qonaqlar qatılıb.
Festival çərçivəsində ziyarətçilər üçün xalçaçılıq nümunələrinin sərgisi, sənətkarlıq guşəsi, oxatma, atçılıq, zorxana kimi milli idman növləri, etnospor üzrə məşqlər, uşaqlar üçün əyləncə məkanları, konsert proqramları, aşıq musiqisi və folklor çıxışları təşkil edilib. Bundan başqa, yorğa atlarının nümayişi, kəndirbazların və alov püskürənlərin çıxışları, eləcə də milli mətbəx nümunələrinin təqdim olunduğu "Yaylaq süfrəsi" festival iştirakçılarının ixtiyarına verilib.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir













