AGF ilə ABŞ-nin "Sülh naminə güləş" təşkilatı arasında memorandum imzalanıb
Azərbaycan Güləş Federasiyası (AGF) və Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən "Sülh naminə güləş" təşkilatı arasında memorandum imzalanıb.
"Report" xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə hər iki tərəfin rəsmi şəxsləri, qonaqlar və digər rəsmi nümayəndələr iştirak edib.
İctimai diplomatiya üzrə müşavir "Sülh naminə güləş" təşkilatının icraçı direktoru Den Rassel Azərbaycan Güləş Federasiyasının baş katibi Pərviz Piriyev ilə görüşərək əməkdaşlığa görə təşəkkürünü bildirib.
Daha sonra ABŞ və Azərbaycan komandalarının üzvləri arasında qarşılıqlı hədiyyə mübadiləsi olub. Həmçinin ABŞ millisinin üzvləri "Zəfər" Güləş Klubunun uşaqlarına imzalı posterlər təqdim ediblər. Bununla yanaşı, ABŞ-nin Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Mark Hakef ABŞ və Azərbaycanın güləş üzrə U-17 milli komandalarına və "Zəfər" Güləş Klubunun uşaqlarına hər iki ölkənin bayraqlarının nişanlarını təqdim edib.
Sonda "Sülh naminə güləş" təşkilatı və AGF arasında memorandum imzalanıb.
Qeyd edək ki, U-17 dünya çempionatı 27 iyul – 2 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirəcək.
Oxşar xəbərlər
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Bakıda Zəfər muzeyinin açılışı olub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













