Dünya çempionatı: İsfahan Həsənov ikinci görüşündə də qələbə qazanıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Dünya çempionatı: İsfahan Həsənov ikinci görüşündə də qələbə qazanıb - YENİLƏNİB


Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatındakı ikinci görüşündə qələbə qazanıb.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda polşalı Şimon Trederi üstələyib.

Görüş 1:1 hesabı ilə bitsə də, Azərbaycan idmançısı sonuncu xal prinsipinə əsasən qalib elan edilib.

İ.Həsənov daha əvvəl təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi 6:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.

"Report"un məlumatına görə, 80 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində xorvatiyalı Toma Yelençi 6:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Oxşar xəbərlər

Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Qurban Məcnunov Bakıda keçirilən dünya çempionatındakı ikinci görüşündə məğlub olub - YENİLƏNİB-2
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər