Güləş üzrə U17 dünya çempionatının açılış mərasimi keçirilib
Bakıda güləş üzrə U17 dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
Far.Az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış mərasimində Azərbaycanın dünya çempionatına ev sahibliyi etməsindən bəhs olunub. Qeyd edilib ki, qarşıdakı bir həftə ərzində azarkeşləri yüksək səviyyəli mübarizə, maraqlı yarış və müxtəlif əyləncəli proqramlar gözləyir. Tamaşaçılar çempionatın bütün yarış günlərində iştirak üçün Milli Gimnastika Arenasına dəvət olunublar.
Tədbirdə Azərbaycan Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir və ölkədə yaradılan müasir idman infrastrukturu, gənclərin idmana cəlb olunması, eləcə də beynəlxalq yarışların yüksək səviyyədə təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Qeyd olunub ki, U17 Dünya Güləş Çempionatı yalnız medallar uğrunda mübarizə deyil, həm də gənc idmançıların öz potensiallarını və idmanın birləşdirici gücünü nümayiş etdirdikləri, yeni dostluqlar qazandıqları mühüm beynəlxalq platformadır. Güləşin Azərbaycan xalqının qədim idman ənənələrinin ayrılmaz hissəsi olduğu, ölkə idmançılarının beynəlxalq arenalarda qazandıqları uğurların yeni nəslə ilham verdiyi diqqətə çatdırılıb.
Federasiya prezidenti yarışların ədalətli mübarizə şəraitində keçəcəyinə inandığını bildirib, təşkilat komitəsinə, tərəfdaşlara və çempionatın təşkilində əməyi olan hər kəsə təşəkkür edib, yarış iştirakçılarına uğurlar arzulayıb. O, U17 Dünya Güləş Çempionatını açıq elan edib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç çıxış edərək Bakının növbəti dəfə dünya səviyyəli idman tədbirinə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıblar.
Rəsmi hissədən sonra tamaşaçılara Azərbaycanın zəngin mədəni irsi ilə müasir idman ruhunu özündə birləşdirən möhtəşəm bədii proqram təqdim olunub.
"Bu gün dünya güləşinin ürəyi Bakıda döyünür" adlı kompozisiya idmanın dili ilə qurulan dostluğun, hörmətin və birliyin hekayəsini canlandırıb.
Səhnəyə çıxan iki gənc güləşçi dünya çempionatının bütün iştirakçılarını təmsil edərək həyəcanı, inamı və qələbə arzusunu nümayiş etdirib. Ardınca müxtəlif ölkələri təmsil edən güləşçilərin xalça üzərində bir araya gəlməsi, muğamın müasir ritmlərlə sintezi qədim mədəniyyətlə müasir idman bayramını vəhdətdə nümayiş etdirib.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













