Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi: Şirkətlərə yeni maliyyə imkanı yaradıldı
Prezident İlham Əliyev Milli Məclisin iyulun 13-də qəbul etdiyi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
BAKU.WS President.az-a istinadən xəbər verir ki, dəyişiklik Azərbaycanda neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait köçürmək imkanının yaradılmasını nəzərdə tutur.
Sözügedən yenilik 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq, onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Qanun vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün isə əlavə maliyyə mənbələrinin yaradılmasına, son nəticədə qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
Dövlət başçısı həmçinin yeni Vergi Məcəlləsinin tətbiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti Məcəllənin 175.8-ci maddəsinə uyğun olaraq, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisinin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülməsi qaydasını və şərtlərini üç ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, yeni qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Oxşar xəbərlər
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













