Valdas Dambrauskas: "Azərbaycan klubunun avrokuboklarda əsas mərhələyə vəsiqə qazanması tarixi uğurdur"
Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur.
"Far.Az" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubu ilə cavab matçından sonra mətbuat konfransında bildirib.
Litvalı mütəxəssis komandasının çıxışını yüksək qiymətləndirib:
"Komandanı, azarkeşləri, rəhbərliyi və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur. Çox çətin oyundan sonra bunu bacardığımız üçün fəxr edirəm. "KuPS" azarkeşlərini də təbrik edirəm, onlar öz komandaları ilə fəxr edə bilərlər".
O, ilk hissədə rəqibin daha yaxşı oynadığını vurğulayıb:
"İlk matçdakı 1:0 hesablı qələbəyə baxmayaraq, rəqib yaxşı hazırlaşmışdı. Birinci yarıda onlar daha üstün idilər. Fasilədə futbolçularla nə etməli olduğumuzu müzakirə etdik və şadam ki, onlar tapşırıqları dəqiq yerinə yetirdilər. İkinci yarıda daha çox üstünlük təşkil etdik, qol vurduqdan sonra isə təşəbbüsü tamamilə ələ aldıq. İki oyunun nəticəsinə görə mərhələ adladığımız üçün şadam. Bu gecə Bakıya uçuruq və növbəti həftə keçiriləcək qarşılaşmaya hazırlaşmalıyıq. Çünki avrokuboklar böyük güc tələb edir".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Sabah" "KuPS"u iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Konfrans Liqasının əsas mərhələsini təmin edib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













