Azərbaycan Dəmir Yolları COP29-a hazırlıq çərçivəsində təmizlik aksiyası keçirib
Far.Az xəbər saytı

Azərbaycan Dəmir Yolları COP29-a hazırlıq çərçivəsində təmizlik aksiyası keçirib


Azərbaycan Dəmir Yolları (ADY) QSC yaşıl dünya naminə və COP29-a hazırlıq çərçivəsində Bakı şəhəri üzrə dəmir yolunun təhkim zolaqlarında genişmiqyaslı təmizlik aksiyası keçirib.

QSC-dən “Far.Az”a bildirilib ki, Bakı, Nərimanov, Keşlə, Koroğlu və Biləcəri stansiyalarının ərazisində baş tutmuş aksiyada ADY-nin müxtəlif struktur bölmələri və törəmə təşkilatlarının əməkdaşları iştirak ediblər.

İştirakçılar ərazilərdə təmizlik-abadlıq, yaşıllıqlara qulluq və ağacların diblərinin yumşaldılması kimi işləri yerinə yetirib, dəmiryol xətləri üzərinə atılmış və hərəkətin təhlükəsizliyinə risk yaradan məişət tullantılarını təmizləyib.

Bu təşəbbüs ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, ekoloji problemlərin vacibliyini vurğulamaq və təbiətə qarşı məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.

Toplanmış tullantılar aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün Bakının 496 küçəsi yuyulub - YENİLƏNİB
ADY: COP29 tədbirləri çərçivəsində dəmiryollarında yeniliklər tətbiq olunur
"Azərbaycan Dəmir Yolları" yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Agentlik: İcra hakimiyyəti orqanları və bələdiyyələr yaşıllıqlara vaxtında qulluq göstərməlidirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər