"SİMA İmza"nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq
SİMA rəqəmsal imzanın biometriya texnologiyası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kirayə mexanizmi çərçivəsində keçirdiyi növbəti mənzil satışlarında tətbiq ediləcək.
Yeniliyə əsasən, vətəndaşlar kirayə mənzil seçimi zamanı müraciətlərini parol və ya digər təsdiqləmə üsulları ilə deyil, yalnız "SİMA İmza"nın üztanıma funskionallığı ilə təsdiqləyə biləcəklər.
Bu yanaşma seçimlər zamanı təhlükəsizliyin və şəffaflığın təmin edilməsi üçün həyata keçirilib və kənar şəxslərin başqasının adından prosesə müdaxilə etməsi riskinin qarşısını almaq məqsədi daşıyır. Belə ki, burada biometrik identifikasiya sayəsində hər bir təsdiq əməliyyatı birbaşa müraciət sahibinin iştirakı ilə həyata keçirilir.
"SİMA İmza"nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərsiniz.
"SİMA İmza" haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan "AzInTelecom" MMC tərəfindən yaradılıb. Həll istifadəçilərə sənəd və müraciətləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
-
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
-
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
-
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı
-
Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək













