Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Far.Az xəbər saytı

Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"


Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb.

33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmin vaxt çayxanada olan bir neçə nəfər spirtli içki qəbul edirmiş.

Ananın sözlərinə görə, dörd nəfər oğlunu döyüb, daha sonra onlardan biri evdən bıçaq gətirərək ona xəsarətlər yetirib:

"İkisini boynunun arxasından, birini də ağciyərinə vurublar. Mənim oğlum malyardır, sənətkardır. Onlar içkili olublar. Oğlum sadəcə səs-küy salmamalarını deyib. Dörd oğlan onu döyüb, yıxılandan sonra üstünə düşüblər. Sonra gedib evdən bıçaq gətirərək bıçaqlayıb qaçıblar. Mənim uşağımı qəssab kimi doğrayıblar", - deyə anası bildirib.

Qeyd edək ki, hadisəni törətməkdə 17 yaşlı yeniyetmə şübhəli bilinir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər