Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində Bakıda beynəlxalq təlim keçirilib
Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri Bakı şəhərində keçirilən "The Judicial Crafting: Executive Judicial Training Programme" ("Hakim Peşəkarlığı: Rəhbər Səviyyəli Məhkəmə Təlim Proqramı") adlı beynəlxalq təlim proqramında iştirak ediblər.
Təlim Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə Pakistan İslam Respublikasının Hüquq və Ədliyyə Nazirliyi arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunub. Proqramın keçirilməsi barədə razılıq Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun cari ilin 14-15 may tarixlərində Pakistan İslam Respublikasına səfəri zamanı əldə olunub. Təşəbbüs iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə, eləcə də peşəkar təcrübə mübadiləsinin inkişafına xidmət edir.
Təlimdə Pakistan İslam Respublikasının hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, o cümlədən Pakistan Ali Məhkəməsinin hakimləri, Beynəlxalq Mediasiya və Arbitraj Mərkəzinin vəzifəli şəxsləri, İslam Əməkdaşlıq Təşkilatının Arbitraj Mərkəzinin baş katibi və digər ekspertlər tərəfindən təqdimatlar keçirilib, iştirakçılarla fikir mübadiləsi aparılıb.
Proqramda Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçiləri daxil olmaqla 20-dən çox nümayəndə iştirak edib.
Qeyd edək ki, əməkdaşlıq proqramı çərçivəsində növbəti beynəlxalq təlimin cari ilin oktyabr ayında Pakistan İslam Respublikasında keçirilməsi planlaşdırılır.
Təlim proqramı iki ölkənin ədliyyə və məhkəmə orqanları arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və institusional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib













