Elməddin Namazov: Kəndlərdə işçi qüvvəsinin azalması bu sahədə yeniliklərin tətbiqini aktuallaşdırır
Far.Az xəbər saytı

Elməddin Namazov: Kəndlərdə işçi qüvvəsinin azalması bu sahədə yeniliklərin tətbiqini aktuallaşdırır


Şəhərə axın nəticəsində kənd yerlərində işçi qüvvəsinin azalması bu sahədə yeniliklərin tətbiqini aktuallaşdırır.

"Far.Az"un Cənub bürosu xəbər verir ki, bunu Aqrar Xidmətlər Agentliyi sədrinin müavini Elməddin Namazov Lənkəranda "Aqrar sahədə müasir suvarma sistemlərinin təşviqi" mövzusunda keçirilən tədbir çərçivəsində deyib.

Onun sözlərinə görə, artıq aqrar sektorda daha çox texnika üzərindən formalaşdırılan təsərrüfat istehsalı sahəsinə keçid edilməlidir:

"Diqqət yetirilməli məsələlərdən biri də sosial və demoqrafik təsirlərin olmasıdır. Dünyada baş verən proseslər fonunda iqtisadiyyatda müəyyən tendensiyalar yaranır, insanların tələbatı dəyişir. Şəhərə axın nəticəsində kənd yerlərində işçi qüvvəsi azalır. Bu da öz növbəsində kənd təsərrüfatına müasir baxışları və yeniliklərin tətbiqini aktuallaşdırır.

Ona görə də əvvəlki kimi ənənəvi üsullarla deyil, daha innovativ, süni intellekt əsaslı robotlarla və ya az əmək sərf edilən, daha çox texnika üzərindən formalaşdırılan təsərrüfat istehsalı sahəsinə keçilməlidir. Gənclərin də baxışları bu yöndədir. Onlar birbaşa təsərrüfatda deyil, təsərrüfat idarəetmə sistemində iştiraka üstünlük verirlər".

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər