Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq"
Far.Az xəbər saytı

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq"


"Mən bu gün buraya həm Kəmalə xanıma dəstək olmağa, həm də tamaşaçı kimi onun konsertini izləməyə gəlmişəm.

Eyni zamanda, biz onunla səhnəni bölüşəcəyik. Bildiyiniz kimi, bizim birgə mahnımıza klip çəkilib. Həmin klipdə mən ana, Kəmalə isə qızım obrazındadır. Bu gün həmin dueti tamaşaçılar qarşısında canlı ifa edəcəyik".

BAKU.WS xəbər verir ki, bu sözləri müğənni Kəmalə Qaramollayevanın konsertinə qatılan Əməkdar artist Mətanət İsgəndərli deyib.

O bildirib ki, gənc ifaçı olmasına baxmayaraq, Kəmalə Qaramollayeva daim öz üzərində çalışır və klassik musiqi nümunələrini ifa edir. Əməkdar artistin sözlərinə görə, sənətçi bu istiqamətdə davam edərsə, öz istedadı ilə dünya səhnələrində çıxış edə bilər:

"Kəmalə Qaramollayevanın gələcəyinə böyük ümidim var. Gənc olmasına baxmayaraq, onda həm gözəl səs, həm səhnə görünüşü, həm də savad var. Xüsusilə dünya klassiklərinin əsərlərini çox gözəl ifa edir. Eləcə də Azərbaycan klassik musiqi nümunələrini ifa etmək üçün kifayət qədər potensialı var. Bir sözlə, onun səsi və istedadı var.

Düşünürəm ki, Kəmalənin qarşıda hələ çox uğurları olacaq. O, öz üzərində işləyən insandır. Bir sənətçinin formalaşması, zirvəyə çatması üçün bəzən otuz il vaxt lazımdır. Amma bunun bir şərti var: daim öz üzərində çalışmaq. Kəmalə də belə davam etsə, öz sənəti ilə dünya səhnələrinə çıxacaq".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Röya Ayxanın 25 illik səhnə fəaliyyətinə həsr olunan KONSERTDƏN GÖRÜNTÜLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər