Açıq kanalizasiya quyusunun qapağı niyə yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA
Far.Az xəbər saytı

Açıq kanalizasiya quyusunun qapağı niyə yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA


Bakı-Sumqayıt yolu üzərində yol kənarında baxış quyusunun qapağının olmaması ilə bağlı daxil olmuş müraciət Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən operativ şəkildə araşdırılıb.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Regional Su Meliorasiya QSC Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Araşdırma zamanı müəyyən edilib ki, sözügedən ünvanda baxış quyusunun qapağı naməlum səbəbdən yerində olmayıb:

"Faktla bağlı hüquq-mühafizə orqanına araşdırma aparılması məqsədilə məlumat verilib. Bildiririk ki, həmin ünvanda baxış quyusunun qapağı qısa müddətdə yenisi ilə əvəz olunaraq problem tam aradan qaldırılacaq".

***14:59

Bakı-Sumqayıt yolu üzərində yol kənarında kanalizasiya quyusu açıq vəziyyətdə qalıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, sözügedən hal, Riyad Ticarət Mərkəzinə çatmamış yol kənarında mövcuddur.

Şikayətçinin sözlərinə görə, təxminən 5 metr dərinliyi olan 2 quyu ərazidən keçən piyadalar, xüsusilə məktəbə gedən uşaqlar üçün ciddi təhlükə yaradır.

Həmin videonu təqdim edirik:

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər