Buzovnada piyada keçidi baxımsız vəziyyətdə: Sakinlər təngə gəldilər
Far.Az xəbər saytı

Buzovnada piyada keçidi baxımsız vəziyyətdə: Sakinlər təngə gəldilər


Baku TV-nin qaynar xəttinə paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən piyada keçidinin baxımsız vəziyyətdə olması ilə bağlı şikayət daxil olub.

Sakinlərin sözlərinə görə, keçiddə zibillər ətrafa səpələnib, pilləkənlərin kafelləri isə qırılıb və yerindən sökülüb.

Müşahidələr zamanı keçidin ərazisinin məişət tullantıları ilə çirkləndiyi, tütün kötükləri, plastik qablar və digər zibillərin ətrafa səpələndiyi müəyyən edilib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sözügedən keçiddə təmizlik işləri mütəmadi aparılır. Bununla belə, bəzi vətəndaşların keçidi məişət tullantıları ilə çirkləndirməsi qısa müddətdə yenidən antisanitar vəziyyətin yaranmasına səbəb olur.

Agentlik qeyd edib ki, yaxın vaxtlarda keçiddə növbəti təmizlik işləri həyata keçiriləcək. Həmçinin vətəndaşlar ictimai əmlaka həssas yanaşmağa, təmizliyə riayət etməyə və ümumi istifadədə olan infrastrukturu çirkləndirməməyə çağırılıb.

Oxşar xəbərlər

Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən baxımsız mədəniyyət evi
Zibillər avomobil yoluna "səpələnib" - ANTİSANİTAR VƏZİYYƏT
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər