Yuri Vernidub: "Nəyə qadir olduğumuzu göstərmək istəyirik"
Far.Az xəbər saytı

Yuri Vernidub: "Nəyə qadir olduğumuzu göstərmək istəyirik"


"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-u Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki "Beroe" stadionunda keçiriləcək "Dinamo" (Minsk) – "Neftçi" matçında komandanın var gücü ilə oyanacağını deyib.

"Report" xəbər verir ki, o, ilk oyundan sonra klubun psixoloji zərbə aldığını gizlətməyib.

"Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik", - Vernidub bildirib və meydana çıxıb sonadək vuruşacaqlarını əlavə edib.

"Neftçi" kollektivi sabahkı oyunu gözləyir: "Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdırlar, mənim səlahiyyətimdədirlər. İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah "Neftçi"yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar".

Oxşar xəbərlər

Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
UEFA Konfrans Liqası: "Dinamo" "Neftçi" ilə oyunda hesabda önə keçib - YENİLƏNİR-7
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Konfrans Liqası: "Neftçi" "Dinamo"ya uduzub
Konfrans Liqası: "Neftçi" "Dinamo"ya qarşı - Oyunda növbəti qol vuruldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər