Sağlam qidalanma bahalıdır? - AÇIQLAMA
BMT-nin hesabatlarında dünyada sağlam qidalanmanın bir çox insan üçün baha başa gəldiyi qeyd olunur.
Bəs sağlam qidalanma həqiqətən bahadırmı? Sağlam və balanslı qidalanmaq üçün mütləq bahalı məhsullar seçmək lazımdır? Xüsusilə yay aylarında sağlam qidalanma necə təşkil edilməli, hansı qidalara üstünlük verilməlidir?
Far.Az xəbər verir ki, Qida mühəndisi, sağlam qidalanma üzrə mütəxəssis Fərid Səfərov mövzu ilə bağlı Trend-ə bildirib ki, BMT-nin hesabatlarında qeyd olunduğu kimi, bir çox ölkədə sağlam qidalanmanın dəyəri insanların gəlirləri ilə müqayisədə yüksək ola bilər. Lakin bu, sağlam qidalanmanın mütləq bahalı məhsullar almaq demək olduğu mənasına gəlmir. Onun sözlərinə görə, əsas məsələ düzgün seçim etmək və qida rasionunu balanslı qurmaqdır:
"Sağlam qidalanma üçün mütləq bahalı və ya xaricdən gətirilən məhsullara ehtiyac yoxdur. Mövsümi meyvə və tərəvəzlər, paxlalılar, yumurta, qatıq, yulaf, qarabaşaq, düyü və digər yerli məhsullar həm qidalı, həm də nisbətən əlçatan seçimlərdir. Əvəzində hazır yeməklər, fast-food, qazlı və şəkərli içkilər, müxtəlif qəlyanaltılar uzunmüddətli perspektivdə həm daha çox xərc yarada, həm də sağlamlığa mənfi təsir göstərə bilər".
Fərid Səfərov qeyd edib ki, sağlam qidalanmanın əlçatan olması üçün qidaların əvvəlcədən planlaşdırılması, israfın qarşısının alınması və mövsümə uyğun məhsulların seçilməsi də mühüm rol oynayır:
"Yəni sağlam qidalanma bəzi ölkələrdə iqtisadi baxımdan çətin olsa da, düzgün planlaşdırma və ağıllı seçimlərlə onu daha əlçatan etmək mümkündür. Ən vacib məqam bahalı məhsullar deyil, qida rasionunun balanslı, müxtəlif və təhlükəsiz olmasıdır".
Yay aylarında sağlam qidalanma üçün bunlara üstünlük verilməlidir:
Yay aylarında sağlam qidalanmanın əsas prinsipi orqanizmin su, vitamin və mineral balansını qorumaq, eyni zamanda qida zəhərlənmələrinin qarşısını almaqdır. İsti havalarda daha çox mövsümi meyvə və tərəvəzlərə, tam taxıllara, az yağlı süd məhsullarına və yağsız ət, balıq kimi zülal mənbələrinə üstünlük verilməlidir. Ağır, yağlı və çox şəkərli qidaların qəbulu isə mümkün qədər məhdudlaşdırılmalıdır".
Mütəxəssisin fikrincə, sağlam qidalanma prinsipində gün ərzində kifayət qədər su içmək çox vacibdir. O qeyd edib ki, susuzluq hissini gözləmədən müntəzəm maye qəbul etmək, xüsusilə açıq havada çalışan və ya fiziki aktivliyi çox olan insanlar üçün böyük əhəmiyyət daşıyır:
"Şirin qazlı içkilər əvəzinə su, ayran və şəkərsiz bitki çayları daha sağlam seçimdir.
Yayda qidaların tez xarab olması səbəbindən onların saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir. Ət, süd məhsulları, balıq və mayonezli yeməklər uzun müddət otaq temperaturunda saxlanmamalı, soyuq zəncir qorunmalıdır. Meyvə və tərəvəzlər isə istifadə edilməzdən əvvəl yaxşı yuyulmalıdır.
Bundan əlavə, qidalanma rejimi də önəmlidir. Günün ən isti saatlarında ağır yeməklərdən çəkinmək, daha yüngül və tez həzm olunan qidalara üstünlük vermək həm həzm sisteminin rahat işləməsinə, həm də ümumi sağlamlığın qorunmasına kömək edir. Belə yanaşma yay mövsümünü daha sağlam və təhlükəsiz keçirməyə imkan verir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": İran dörd günlük atəşkəsdən sonra ABŞ-nin İordaniyadakı bazasına ballistik raketlər atıb
-
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
-
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
-
Küləkli havada özlərini riskə atanlar danışdılar: "Bir balaca irəli getsən, dəniz aparar"
-
Yaponiyada baş verən zəlzələdə azı altı nəfər həlak olub
-
Sumqayıtda xüsusi texnika və nəqliyyat vasitələrinin istehsal və yığımı həyata keçiriləcək













