"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbii yaşayış arealına qaytarılıb
İki ay əvvəl vətəndaş tərəfindən verilmiş məlumat əsasında Babək rayonu ərazisində yaralı vəziyyətdə tapılan Bürkut (qızılı qartal) (Aquila chrysaetos) Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən mühafizəyə götürülərək baytar həkimin nəzarəti altında müalicə olunub.
Far.Az xəbər verir ki, aparılan müalicə tədbirləri nəticəsində tam sağalan qartal Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Ləkətağ kəndi yaxınlığındakı Kola adlanan dağlıq ərazidə təbii yaşayış arealına qaytarılıb.
Qeyd edək ki, Bürkut (qızılı qartal) (Aquila chrysaetos) Naxçıvan Muxtar Respublikasının fauna aləminə məxsus, Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş nadir və xüsusi mühafizə olunan yırtıcı quş növlərindən biridir. Bu növün təbii yaşayış mühitində qorunması biomüxtəlifliyin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













