Türkiyədə avtomobil çay yatağına aşıb, ölən və yaralananlar var
Türkiyənin Giresun şəhərinin Alucra rayonunda sürücünün idarəetməsindən çıxan avtomobil çay yatağına aşıb, 3 sərnişin həyatını itirib, 3 nəfər yaralanıb.
"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
"Yeşilyurt kəndində DSİ bənd yolunda hərəkət edən İlyas Kerim Saatçinin (21) idarə etdiyi 28 ADC 335 nömrəli avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində çay yatağına aşıb", məlumatda bildirilib və bölgəyə 112 Təcili Tibbi Yardım və jandarm qruplarının göndərildiyi əlavə olunub.
Qeyd edilib ki, avtomobildə sərnişin kimi olan Almina Değerli (21), Sevgi Saatçi (57) və Zeykir Saatçi (55) hadisə yerində həyatını itirib. Yaralanan sürücü ilə digər sərnişinlər Melek Değerli (28) və Ayşe Yamak (49) Alucra Dövlət Xəstəxanasında çatdırılıblar.
Oxşar xəbərlər
Reysə çıxan hər bir sürücü tibbi rəy əsasında xəttə buraxılır!
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Zamanın sınağından çıxan ziyarətgah: Nizami türbəsinin hekayəsi - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













