Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb
Far.Az xəbər saytı

Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb


Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasına təyinat alıb.

"Far.Az" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.

Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
FIFA referisi Elçin Məsiyev Konfrans Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi növbəti təyinatını alıb
Azərbaycan Premyer Liqası:  “Qarabağ” – “Sabah” oyununun hakimləri açıqlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" - "Neftçi" oyununun hakimləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər