Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola salıb
Far.Az xəbər saytı

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola salıb


Xalq artisti Afaq Bəşirqızının nəvəsi Əhmədpaşa hərbi xidmətə yollanıb.

Far.Az xəbər verir ki, aktrisa bununla bağlı instaqram hesabında paylaşım edib.

"Sən bu gün Vətənə xidmətə yollanırsan. Nənə ürəyi üçün səndən ayrılmaq çətindir, amma səninlə sonsuz qürur duyuram. Allah səni hər addımında qorusun, yolunu açıq, qismətini gözəl etsin.

Harada olursan ol, unutma ki, nənənin duaları həmişə səninlədir. Güclü ol, mərd ol, böyüklərinə hörmət et, dostlarına dayaq ol. Vətənə şərəflə xidmət edib sağ-salamat evimizə qayıtmağın ən böyük arzumdur.

Afaq Bəşirqızı nəvəsini hərbi xidmətə yola salıb

Səni çox sevirəm, balam. Allah səni qorusun, ayağına daş dəyməsin. Yolun uğurlu, xidmətin şərəfli olsun. Səni həsrətlə gözləyəcəyəm.

Allah amanında ol, canım nəvəm!"- deyə, aktrisa paylaşımına yazıb.

Qeyd edək ki, A.Bəşirqızının bir oğul övladı və iki oğul nəvəsi var.

Oxşar xəbərlər

Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Kanada Azərbaycan Məktəbi 2026-cı il məzunlarını təntənəli mərasimlə yola salıb
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Afaq Bəşirqızı 70 illiyini və evliliyinin 45 illiyini qeyd etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər