"Milan"ın və İtaliya millisinin əfsanəsi vəfat etdi
İtaliya futbolunun canlı əfsanələrindən biri, "Milan" klubunun sabiq kapitanı Franko Barezi 66 yaşında dünyasını dəyişib.
Far.Az xəbər verir ki, bu barədə məlumatı "Milan" klubunun mətbuat xidməti yayıb.
Son vaxtlar Barezinin ağır xəstəliklə mübarizə apardığı bildirilirdi.
Qeyd edək ki, iyulun 29-da İtaliyanın bir sıra media orqanları da onun vəfat etdiyini yazmışdı. Lakin həmin vaxt "Milan" bu xəbərləri təkzib edərək, Franko Barezinin ağır vəziyyətdə olduğunu, lakin sağ olduğunu açıqlamışdı.
Franko Barezi peşəkar futbolçu karyerasının tamamını "Milan"da keçirib. O, 1978-1997-ci illərdə "qırmızı-qaralar"ın formasını geyinib və klubun tarixində ən yaddaqalan müdafiəçilərdən biri kimi yadda qalıb.
Barezi "Milan"ın heyətində 6 dəfə İtaliya çempionu olub, 4 dəfə İtaliya Superkubokunu qazanıb. Bundan başqa, o, 3 dəfə UEFA Çempionlar Liqasının, 1 dəfə isə UEFA Superkubokunun qalibi adını qazanıb.
İtaliya millisində 81 oyuna çıxan əfsanəvi müdafiəçi 1982-ci il dünya çempionatının qalibi olub. O, həmçinin 1990-cı ildə mundialın bürünc, 1994-cü ildə isə gümüş medalını qazanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?
-
Azərbaycanda sosial məzuniyyət bu şəxslərə verilir - RƏSMİ
-
Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
-
"Nar"ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
"MasterCard" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib













