"AzInTelecom" 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb
Far.Az xəbər saytı

"AzInTelecom" 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb


"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC 2026-cı ilin ilk 6 ayında rəqəmsal xidmətlərlə bağlı əldə edilmiş nəticələri açıqlayıb.

İlk yarımilliyin yekunlarına əsasən, şirkətin bulud xidmətlərindən istifadə edən qurumların sayı 247-yə çatıb. Bunlardan 140-ı özəl sektor nümayəndələridir. Eyni zamanda, dövlət qurumlarının informasiya sistemlərinin vahid və təhlükəsiz infrastrukturda yerləşdirilməsini nəzərdə tutan "Hökumət buludu" layihəsinə miqrasiya edən qurumların sayı 147 olub.

Şirkətin digər əsas məhsulu - SİMA yeni nəsil rəqəmsal imzanın da istifadəsi ilə bağlı müsbət dinamika müşahidə olunub. "SİMA İmza" mobil tətbiqin ümumi endirilmə sayı 7 milyona çatıb. Tətbiqdə qeydiyyatdan keçən istifadəçilərin sayı 4,5 milyon təşkil edib. SİMA həllərindən istifadə edən tərəfdaş qurumların sayı isə 139-a yüksəlib.

Hesabat dövründə ötən il istifadəyə verilmiş Superkompüter Mərkəzi süni intellekt və yüksək hesablama gücü tələb edən layihələr üçün töhfə verməyə davam edib. Hazırda Mərkəzin imkanlarından 6 müxtəlif qurum istifadə edir.

"AzInTelecom"a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi tərəfindən Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirləri davam etdirilib. Görülən tədbirlər çərçivəsində "klon" statusu verilmiş IMEI kodların sayı 73 056-a çatıb.

"AzInTelecom" MMC bundan sonra da ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, müasir texnoloji həllərin əlçatanlığının genişləndirilməsi və təhlükəsiz rəqəmsal ekosistemin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər