"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Türkiyənin "Qalatasaray" futbol klubunun rəhbərliyi komandanın UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda "Ştutqart"la matçda fərqlənən yarımmüdafiəçi Aleksey Batrakovla müqavilədəki əsas bəndi dəyişdirmək qərarına gəlib.
"Report" xəbər verir ki, bu barədə jurnalist Emre Cingilerin "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O, qeyd edib ki, "Qalatasaray" rəhbərliyi Batrakovla müqavilədəki 55 milyon avroluq sərbəst buraxılış bəndini ya çıxarmaq, ya da məbləği artırmaq istəyir. Oyunçunun nümayəndələrinin danışıqlar aparmaq barədə razılığa gəldiyi bildirilir.
Qeyd edək ki, "Qalatasaray" "Ştutqart"ı 2:0 hesabı ilə məğlub edib. Komanda A.Batrakovun 12 və 15-ci dəqiqələrdə vurduğu qollarla hesabda önə keçib. Rusiyalı futbolçu bu qollarla komandanın tarixinə düşüb.
Qeyd edək ki, A.Batrakov "Qalatasaray" tarixində Çempionlar Liqasının matçlarında ardıcıl üç qol vuran ilk yarımmüdafiəçi olub. İyirmi bir yaşlı futbolçu "Ştutqart"la matçın ən yaxşı oyunçusu seçilib.
"Çox xoşbəxtəm. Komanda yoldaşlarıma, məşqçimə, texniki heyətə, tibbi heyətə, azarkeşlərimizə və ailəmə təşəkkür etmək istəyirəm", - A.Batrakov oyundan sonra deyib.
Yarımmüdafiəçi cari mövsümün bütün yarışlarında 12 oyun keçirib, beş qol vurub və üç məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Konfrans Liqası: "Dinamo" "Neftçi" ilə oyunda hesabda önə keçib - YENİLƏNİR-7
FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
"Bank Respublika" və "AccessBank" arasında strateji əqd uğurla başa çatıb
-
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
-
Bakıda sabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)













