Aİ-də meşə yanğınları 435 min hektara yaxın ərazini məhv edib
Avropa İttifaqı (Aİ) ölkələrində bu ilin əvvəlindən etibarən baş verən meşə yanğınları nəticəsində 434 min 976 hektar ərazi yanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 faiz çoxdur.
Far.Az xəbər verir ki, Avropa Meşə Yanğınları İnformasiya Sisteminin (EFFIS) məlumatına görə, 29 iyul tarixinədək Aİ ölkələrində 1407 meşə yanğını qeydə alınıb ki, bu da uzunmüddətli orta göstəricidən iki dəfədən çoxdur.
Ən böyük itki İspaniyada qeydə alınıb. Burada 208 min 420 hektar meşə sahəsi yanıb. Sonrakı yerlərdə Fransa (91 min 24 hektar), İtaliya (69 min 414 hektar) və Portuqaliya (39 min 801 hektar) qərarlaşıb.
EFFIS-in məlumatına əsasən, bu il yanan ərazi son 20 ilin eyni dövr üzrə orta göstəricisindən təxminən 2,5 dəfə çoxdur. Global istiləşmə və ekstremal hava şəraiti meşə yanğınlarının əsas səbəbləri kimi göstərilir.
Oxşar xəbərlər
Dərnəgüldə yanan obyektin malları daşınır
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Lökbatanda yanan anbardakı mallar təhlükəsiz əraziyə daşınır - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













