Gürcüstan və Özbəkistan prezidentləri nəqliyyat dəhlizlərinin inkişafını müzakirə ediblər
Far.Az xəbər saytı

Gürcüstan və Özbəkistan prezidentləri nəqliyyat dəhlizlərinin inkişafını müzakirə ediblər


Gürcüstan Prezidenti Mixail Kavelaşvili və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində görüş keçiriblər.

"Report"un Gürcüstan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını, həmçinin siyasi, ticari-iqtisadi, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.

Ticarət əlaqələrinin genişləndirilməsinə, investisiyaların cəlb edilməsinə və turizm sahəsində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.

Prezidentlər Mərkəzi Asiyadan keçən nəqliyyat dəhlizlərinin inkişafı və Avropa limanları vasitəsilə yük daşımalarının həyata keçirilməsi imkanlarını nəzərdən keçiriblər.

Görüş zamanı Kavelaşvili Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü, habelə ölkənin işğal olunmuş ərazilərinin tanınmaması siyasətini dəstəklədiyinə görə Mirziyoyevə təşəkkür edib.

Bundan başqa, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər