Rusiyada prokuror bloger Hüseyn Həsənova 6 il iş istəyib
Rusiyada dövlət ittihamçısı azərbaycanlı bloger Hüseyn Həsənovun çirkli pulların yuyulması ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsini və 155 milyon rubl cərimələnməsini istəyib.
Far.Az APA-ya istinadən xəbər verir ki, o, beynəlxalq axtarışda olduğu və ölkə xaricində gizləndiyi üçün məhkəmə prosesi qiyabi qaydada keçirilir.
İstintaqın iddiasına görə, Hüseyn Həsənov 2019–2021-ci illərdə 175 milyon rubl məbləğində vergi ödəməyib. Bildirilir ki, həmin vəsaitin bir hissəsi daşınmaz əmlak alınması yolu ilə leqallaşdırılıb.
Məlumata görə, Həsənov sonradan Federal Vergi Xidməti qarşısındakı vergi borcunu tam ödəyib. Bu səbəbdən ona qarşı vergidən yayınma ittihamına xitam verilsə də, çirkli pulların yuyulması ittihamı qüvvədə saxlanılıb.
İstintaq hesab edir ki, bloger hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır.
Məhkəmə iclasında ifadə verən ittiham şahidi bildirib ki, Moskva-Siti kompleksində yerləşən mənzilin satışı zamanı saxta alqı-satqı müqaviləsi bağlanıb. Onun sözlərinə görə, müqavilədə mənzilin qiyməti 68 milyon rubl göstərilsə də, bank seyfinə pul əvəzinə kraker qutuları yerləşdirilib.
Qeyd edək ki, Hüseyn Həsənov özünə qarşı irəli sürülən ittihamlarla bağlı günahını etiraf etməyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?
-
Azərbaycanda sosial məzuniyyət bu şəxslərə verilir - RƏSMİ
-
Ramiz Mehdiyevin bankının lisenziyası ləğv edildi
-
"Nar"ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir
-
"MasterCard" kartları ilə aparılmış əməliyyatların həcmi açıqlandı
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib













