Türkiyə və Azərbaycan arasında bərpa olunan enerji mənbələri ilə bağlı layihələr müzakirə edilib
Far.Az xəbər saytı

Türkiyə və Azərbaycan arasında bərpa olunan enerji mənbələri ilə bağlı layihələr müzakirə edilib


Azərbaycan və Türkiyə arasında enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi və bərpa olunan enerji mənbələrinin daha geniş coğrafiyaya çatdırılmasına xidmət edəcək alternativ regional interkonnektor layihələri müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar İstanbulda Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşünə dair "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

O qeyd edib ki, görüşdə artan elektrik enerjisi tələbatı və dəyişən regional dinamika fonunda Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında həyata keçirilən yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti layihəsi çərçivəsində görülən işlərin hazırkı vəziyyəti müzakirə olunub.

A. Bayraktar vurğulayıb ki, bu tip layihələr vasitəsilə Xəzər hövzəsi və Qafqazın bərpa olunan enerji potensialının Türkiyə üzərindən Avropaya çatdırılması, eyni zamanda, Türkiyənin regional elektrik ticarəti və enerji təchizatı təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevrilməsi hədəflənir.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər