UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə üz-üzə gələcək
Far.Az xəbər saytı

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə üz-üzə gələcək


Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Lixtenşteyn seçməsi ilə üz-üzə gələcək.

D Liqasının 2-ci qrupunun matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Görüşün baş hakimi estoniyalı Kristo Tohver olacaq.

Xatırladaq ki, Azərbaycan millisi üç oyundan sonra hazırda beş xalla qrup lideridir. Litva dörd xalla ikinci, Lixtenşteyn bir xalla sonuncudur. Noyabrın 16-da, qrupun sonuncu qarşılaşmasında Litva Lixtenşteyni qəbul edəcək.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib - YENİLƏNİB-3
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
UEFA Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər