Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - VACİB AÇIQLAMA
Dövlət Turizm Agentliyinin layihəsi çərçivəsində bu il ölkə ərazisində ümumi sahəsi 30 hektar olan 10 yeni ictimai çimərlik istifadəyə verilib.
Hər birinin sahəsi 3 hektar olan çimərliklərin dördü Novxanı və Coratda, üçü Şüvəlanda, ikisi Türkanda, biri isə Şıx ərazisində yerləşir.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Yeni yaradılan ictimai çimərliklərdə yaradılan şərait və təhlükəsizlik tədbirləri barədə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Rufik İsmayılov məlumat verib.
O bildirib ki, əsas məqsəd vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
"Avtomobillərin sahil zolağına daxil olmasının qarşısını almaq üçün çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar təşkil olunub. Çimərliklərə giriş, avtodayanacaqlardan istifadə, daimi su ilə təmin olunan sanitar qovşaqları, soyunub-geyinmə otaqları, uşaq əyləncə meydançaları, futbol və voleybol sahələri tamamilə ödənişsizdir", - deyə R.İsmayılov bildirib.
O əlavə edib ki, çətirlərin altında istirahət etmək və günəşlənmək üçün də vətəndaşlardan heç bir ödəniş alınmır. Ərazidə yalnız stol və stulların icarəsi ödənişlidir və bu xidmətdən istifadə könüllü xarakter daşıyır.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
-
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
-
İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
-
Tunar Həsənov Bakıda təşkil olunan dünya çempionatının 1/4 finalında məğlub olub - YENİLƏNİB
-
Seutada miqrasiya böhranının fəsadlarının aradan qaldırılmasına başlanılıb
-
İsmayıllıda zəncirvari avtoqəza baş verib, 3 nəfər xəsarət alıb













