XİN başçısı: Aİ-nin Gürcüstanı siyasi dialoq formatlarından kənarda saxlaması böyük səhvdir
Avropa İttifaqının (Aİ) Gürcüstanı siyasi dialoq formatlarından kənarda saxlaması yanlış yanaşmadır.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili "Dghis Kronika" verilişində deyib.
Nazirin sözlərinə görə, Aİ bir tərəfdən dialoqun vacibliyindən danışır, digər tərəfdən isə Gürcüstanı siyasi dialoq mexanizmlərindən kənarda saxlayır.
"Avropa İttifaqının Gürcüstanı siyasi dialoq formatlarından kənarda qoyması çox böyük səhvdir. Bu, məhz əlaqədən danışıldığı bir vaxtda baş verir", - Boçorişvili bildirib.
O qeyd edib ki, belə yanaşma nə Gürcüstana, nə də Avropa İttifaqına fayda verir.
"Bu, sadəcə səhvdir. Biz yalnız vaxt itiririk. Gürcüstan heç bir şəkildə cəzalandırılmır və bu halda cəzalandırıla da bilməz. Bizim öz biznesimiz, əlverişli coğrafi mövqeyimiz və inkişaf potensialımız var. Məqsədimiz bu potensialdan ölkəmizin maraqları naminə maksimum istifadə etməkdir və bunu davam etdirəcəyik", – nazir vurğulayıb.
Boçorişvili əlavə edib ki, Gürcüstanla siyasi dialoq Aİ üçün də ən azı Gürcüstan qədər əhəmiyyətlidir.
Onun sözlərinə görə, Aİ regionda siyasi və iqtisadi baxımdan özünə ən yaxın tərəfdaş olan Gürcüstanla intensiv siyasi dialoqun bərpasında maraqlı olmalıdır.
Nazir xatırladıb ki, Gürcüstanla Aİ arasında imzalanmış Assosiasiya Sazişi siyasi dialoq üçün müxtəlif mexanizmləri nəzərdə tutur:
"Dialoq üçün resurs həmişə mövcuddur, əsas məsələ siyasi iradənin olmasıdır. Assosiasiya Sazişi siyasi dialoq üçün çoxsaylı formatlar müəyyən edir və onların fəaliyyəti məhz Avropa İttifaqının qərarı ilə dayandırılıb. Bu formatların yenidən bərpası Aİ-nin siyasi qərarından asılıdır".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













