Anar: Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq
Xalq şairi Nəriman Həsənzadənin vəfatı Azərbaycan ədəbiyyatı və cəmiyyəti üçün böyük itkidir.
"Far.Az" xəbər verir ki, bunu Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
O bildirib ki, mərhum təkcə şair kimi deyil, həm də ölkənin ictimai-mədəni həyatında mühüm rol oynayıb.
"Nəriman Həsənzadə son dövrə qədər Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olub. Onunla olduqca xoş münasibətlərimiz var idi", – Anar deyib.
Xalq yazıçısı qeyd edib ki, yazıçı və şairlər həm bədbəxt, həm də xoşbəxt insanlardır:
"Onlar bədbəxtdirlər, çünki taleləri çox ağır olur. Amma eyni zamanda xoşbəxtdirlər. Çünki uzun illər insanların yaddaşında silinməz iz qoyurlar. Nəriman Həsənzadənin əsərləri oxunduqca, özü də yaşayacaq".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
-
İran XİN ABŞ ilə gərginliyə dair bəyanat yayıb
-
İranlı general: Gələcək müharibələr müdafiə iqtisadiyyatındakı üstünlüyə əsaslanacaq
-
Tunar Həsənov Bakıda təşkil olunan dünya çempionatının 1/4 finalında məğlub olub - YENİLƏNİB
-
İsmayıllıda zəncirvari avtoqəza baş verib, 3 nəfər xəsarət alıb
-
Seutada miqrasiya böhranının fəsadlarının aradan qaldırılmasına başlanılıb













