Türkiyədə fond bazarındakı böhranla bağlı 600-dən çox şəxs şübhəli bilinir
Türkiyədə fond bazarında baş verən böhranla bağlı aparılan istintaq çərçivəsində 632 nəfər iş üzrə şübhəli şəxs qismində müəyyən edilib, 91 şirkətə isə kənar idarəçi təyin olunub.
"Far.Az" xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek "X" hesabında məlumat verib.
Nazirin sözlərinə görə, 181 şirkətin və 551 fiziki şəxsin əmlakına və bank hesablarına da həbs qoyulub.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan istintaq çərçivəsində 136 nəfərin həbs edildiyini, 285 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirlərinin tətbiq olunduğunu bildirmişdi.
Türkiyənin fond bazarında böhran sentyabrın 16-da İstanbul Fond Birjasında səhmlərin qiymətinin kəskin düşməsi fonunda başlayıb. Ticarət əməliyyatları dayandırılıb və hakimiyyət orqanları araşdırmalara başlayıb.
İstintaqın versiyasına görə, bir sıra investisiya fondları və idarəetmə şirkətlərində yaranan likvidlik böhranı fonunda bazarda çaxnaşma süni şəkildə yaradılıb.
İş üzrə İstanbul Prokurorluğu cinayət işi açıb. Kapital bazarı haqqında qanunu pozmaqda ittiham olunan Türkiyənin keçmiş ailə və sosial siyasət naziri (2016–2018) Fatma Betül Sayan Kaya həbs edilib. Bank Tənzimləmə və Nəzarət Şurasının iki yüksək vəzifəli nümayəndəsi, eləcə də İstanbul Fond Birjasının rəhbəri də saxlanılıb.
Hakimiyyət orqanlarının qərarı ilə 131 investisiya fondunun fəaliyyəti dayandırılıb.
Oxşar xəbərlər
Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib
Ədliyyə sistemində institusional islahatlar və tətbiq edilən yeni yanaşmalar – ədliyyə naziri Fərid Əhmədovla geniş müsahibə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













