"Arsenal" Vinisius üçün rekord məbləğ təklif etdi
Far.Az xəbər saytı

"Arsenal" Vinisius üçün rekord məbləğ təklif etdi


İngiltərənin "Arsenal" klubu Madrid "Real"ının ulduz futbolçusu Vinisius Junioru heyətinə qatmaq üçün yüksək məbləğli transfer təklifi irəli sürüb.

Far.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi braziliyalı vinger üçün 135 milyon avro təklif edib.

Müqavilədə nəzərdə tutulan bonus ödənişləri ilə birlikdə transferin ümumi dəyərinin 145 milyon avroya qədər yüksələ biləcəyi bildirilir.

Məlumata əsasən, Vinisius da karyerasını Premyer Liqada davam etdirmək variantına müsbət yanaşır. İddialara görə, o, "Real"ın 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsini uzatmaqla bağlı təklifini qəbul etməyib.

2018-ci ildən Madrid klubunun şərəfini qoruyan 26 yaşlı futbolçu bu müddətdə 375 rəsmi oyunda meydana çıxıb. Vinisius həmin qarşılaşmalarda 128 qol vurub, eyni zamanda komanda yoldaşlarına 100 məhsuldar ötürmə verib.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər