Hacı Əliyev: "İstərdim ki, dünya çempionatında sərbəst güləşçilərimizin hər biri medal qazansın"
Far.Az xəbər saytı

Hacı Əliyev: "İstərdim ki, dünya çempionatında sərbəst güləşçilərimizin hər biri medal qazansın"


Bakıda təşkil olunan U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçilərinin daha çox medal qazanması yaxşı nəticə olardı.

"Far.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Hacı Əliyev deyib.

Mütəxəssis Bakıda təşkil olunan mundialın nəticələrindən danışıb:

"İstərdim ki, 10 sərbəst güləşçimizin hər biri medal qazansın. Dünya çempionatının başlanmasına ay yarım qalmış fəaliyyətə başladım. Bu mənim məşqçi kimi ilk işimdir. Güləşçi olarkən nəticə qazanmaq başqa şeydir, məşqçi kimi çalışarkən uğur əldə etmək isə bir başqa. Lakin bir məqamı da qeyd etmək istəyirəm. Yunan-Roma və qadın güləşi ilə müqayisədə sərbəst növdə ABŞ, Yaponiya və İran idmançıları çox güclüdürlər. Ona görə bizim üçün rəqabət bir az çətindir".

H. Əliyev gələcəkdə keçiriləcək dünya çempionatını xatırladaraq orada uğur qazanmaq istədiklərini bildirib:

"Biz öz üzərimizdə daha çox çalışaraq yaxşı nəticələr əldə edəcəyik. İbrahim Həsənov kimi başqa güləşçilər də uğurlu nəticələr qazanacaqlar. Dünya çempionatının Bakıda keçirilməsi idmançılarımızı bir qədər həyəcanlandırdı. Düşünürdüm ki, azərkeşlərimiz qarşısında çıxış etmək onlara həvəs verər. Lakin bu həvəs həyəcanla əvəz olundu".

Qeyd edək ki, Azərbaycanın sərbəst güləş milisi dünya çempionatını 1 gümüş medalla başa vurub. Yeganə mükafatı İbrahim Həsənov (51 kq) aktivinə yazdırıb.

Oxşar xəbərlər

Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər