"44" bədii filminin treyleri yayımlanıb
Vətən müharibəsindən bəhs edən "44" bədii filminin treyleri yayımlanıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycan Kinosu Günü münasibətilə milli kino ənənələrinin yaşadılması və ölkəmizdə kino istehsalının inkişafı naminə zəhmətini, biliyini və istedadını əsirgəməyən bütün kino xadimlərini təbrik edən A. Ələkbərov Azərbaycan kinematoqrafiyasının tərəqqisi naminə bundan sonra da bütün imkanların səfərbər ediləcəyini bildirib.
"Bu əlamətdar gündə ümumi işə öz töhfəmizi verməkdən qürur duyur və payızda premyerası nəzərdə tutulan "44" bədii filminin treylerini diqqətinizə təqdim edirik", - Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
Qeyd edək ki, film bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır.
Filmdə əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir.
Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir.
"44" sadəcə müharibə haqqında film deyil. Bu film qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekəyəsidir.
"44" Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.
Oxşar xəbərlər
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













