Lixtenşteyndə dövlət reyestrinə kiberhücum təşkil edilib
Far.Az xəbər saytı

Lixtenşteyndə dövlət reyestrinə kiberhücum təşkil edilib


Lixtenşteyn Knyazlığı genişmiqyaslı haker hücumuna məruz qalıb, nəticədə təxminən 31 min hüquqi şəxsin məlumatları ələ keçirilib.

"Far.Az" xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.

Qeyd olunub ki, kiberhücumun obyekti çirkli pulların yuyulmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması üçün istifadə edilən benefisiar sahiblərin dövlət reyestri olub. İyulun 30-na keçən gecə təcavüzkarlar məlumat bazasına icazəsiz giriş əldə ediblər.

Hökumətin məlumatına görə, məlumatların dəyişdirilməsi və ya silinməsi əlamətləri aşkar edilməyib. İnsidentlə əlaqədar xüsusi böhran qrupu yaradılıb.

Oxşar xəbərlər

Güclü yağışdan sonra Bakıda genişmiqyaslı daxili iməcilik keçirilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər