Kartdan karta köçürmələrə limit qoyulmasında məqsəd nədir?
Avqustun 1-dən etibarən kartdan karta köçürmələr üzrə yeni limitlər qüvvəyə minib.
Yeni qaydalara əsasən, gün ərzində bir şəxs maksimum 5 köçürmə edə və 5 köçürmə qəbul edə bilər. Kartdan karta köçürmələrin aylıq ümumi limiti isə 20 min manat müəyyən edilib. Şəxsin öz adına olan kartlar arasında aparılan köçürmələrə bu məhdudiyyətlər şamil edilmir.
Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Rəşad Hüseyn bildirib ki, yeni qaydaların əsas məqsədi nağdsız ödənişlərə və maliyyə əməliyyatlarına nəzarəti gücləndirməkdir.
Onun sözlərinə görə, pos-terminallarla ödənişlər baxımından vergi daxilolmaları artacaq, dövlətin qeyri-qanuni əməliyyatlara nəzarəti güclənəcək. Dələduzluq və müxtəlif sxemlərlə vəsait əldə etməyə çalışan qrupların işi çətinləşəcək.
Rəşad Hüseyn hesab edir ki, gələcəkdə qaydalar daha da təkmilləşdirilməlidir:
"Banklar süni intellektin imkanlarından istifadə edərək müxtəlif mənbələrdən bir karta daxil olan kütləvi ödənişləri daha dəqiq analiz etməli, riskli əməliyyatları müəyyənləşdirərək onlara nəzarəti gücləndirməlidir. Bu həm çirkli pulların və dələduzluğun qarşısını almağa, həm də vətəndaşların əlavə çətinliklərlə üzləşməməsinə imkan verər".
Daha ətraflı Baku.TV-nin materialında:
Oxşar xəbərlər
"Kartdan-karta" dövrü geri qayıdır - Bəzi ticarət obyektlərində POS-terminallar niyə işləmir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Kartdan-karta köçürmələrə limit qoyuldu
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor













