Azərbaycanda elektron siqaret qadağası ilə bağlı bəzi qanunlara dəyişiklik edilib
Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda dəyişikliyi təsdiqləyib.
"Far.Az" xəbər verir ki, dəyişikliklə Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qadağan edildiyi üçün qanunvericilikdə uyğunlaşdırma addımları atılıb.
Belə ki, elektron siqaretlərin dövriyyəsi tam dayandırıldığından, Vergi Məcəlləsində bu məhsulların aksizli mal sayılması və onlara aksiz dərəcəsinin tətbiqi ilə bağlı normalar ləğv edilib. Təklif olunan layihə həm Vergi Məcəlləsindəki ləğv olunmuş maddələrə istinadları aradan qaldırır, həm də "Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" qanunlarda müvafiq uyğunlaşdırıcı dəyişikliklərin edilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Elektron siqaretin qadağan olunma səbəbləri – Azərbaycan və dünya praktikası
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













