Ramin Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edib
Far.Az xəbər saytı

Ramin Məmmədov Kəlbəcərdə vətəndaşları qəbul edib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kəlbəcər şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Far.Az"a komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbul zamanı vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, maarifləndirmə işinin genişləndirilməsi, dini təhsil, işlə təmin olunma, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı Komitənin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Kəlbəcərdə 32 il sonra ilk dəfə Yeni il tədbiri keçirildi
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
FHN silsilə maarifləndirmə tədbirləri keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər