Cici Hadid və Bredli Kuperin toy xəbəri yayıldı - Eyni üzüklə görüntüləniblər
Məşhur model Cici Hadid və Hollivud ulduzu Bredli Kuper Parisdə birlikdə görüntülənərək evlilik şayiələrini yenidən gündəmə gətiriblər.
Far.Az xəbər verir ki, cütlük şəhər gəzintisi zamanı sol əllərinin adsız barmağında eyni üzüklərlə kameralara tuş gəlib. Daha sonra onlar idman zalından çıxarkən əl-ələ görüntülənib, axşam isə Parisin məşhur Loulou restoranına birlikdə yollanıblar.
Cici Hadid və Bredli Kuper hələlik münasibətlərini rəsmiləşdirdikləri barədə açıqlama verməyiblər. Lakin xarici KİV-in yaydığı məlumata görə, aktyor sevgilisinə ötən ilin sonunda evlilik təklifi edib.
Xatırladaq ki, Cici Hadid və Bredli Kuper 2023-cü ildən münasibətdədir. Bir il əvvəl onların yaxın zamanda ailə qurmağa hazırlaşdıqları barədə xəbərlər yayılmışdı. Bu ilin iyun ayında isə modelin üzərində Bredli Kuperin baş hərflərinin həkk olunduğu kulon gəzdirməsi də diqqət çəkmiş və nişan iddialarını daha da gücləndirmişdi.
Rəsmi təsdiq olmasa da, cütlüyün eyni üzüklərlə ictimaiyyət qarşısına çıxması onların gizli şəkildə evləndiyi və ya toy hazırlığında olduğu barədə müzakirələri yenidən alovlandırıb.
Oxşar xəbərlər
Türkiyə mətbəxinin ləziz məkanı "Günaydın" restoranına "5 ulduz" sertifikatı verildi
Demet Özdemir bu səbəbdən Bredli Kuperin anasına təşəkkür etdi
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Açıq-saçıq rollara çəkilməyən Cessika Albanı Hollivud silmək istədi amma...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













