Ceyhun Bayramov: TRİPP layihəsi bölgə üçün çox əhəmiyyətlidir
Far.Az xəbər saytı

Ceyhun Bayramov: TRİPP layihəsi bölgə üçün çox əhəmiyyətlidir


TRİPP layihəsi bölgə üçün çox əhəmiyyətlidir.

Far.Az report-a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda mətbuat üçün brifinqdə deyib.

Nazir deyib ki, Azərbaycan-Ermənistan normallaşma prosesində bir sıra əlavə irəliləyişlər gözlənilir və Vaşinqton sülh sammiti zamanı sənədə daxil edilmiş TRİPP layihəsi bunlardan biridir:

"Bu layihə bölgə üçün çox əhəmiyyətlidir.Azərbaycan tərəfli mütəmadi şəkildə ABŞ tərəfindən bu proseslə bağlı məlumatlar alır. Gözləntimiz 2026-ci ildə 42 km-lik ərazidə fiziki işlərə başlanılmasıdır. Azərbaycan dövlti öz üzrəinə düşən bütün işləri sürətli şəkildə həyata keçirir".

O bildirib ki, Naxçıvanda mövcud olan 180 km-ə yaxın dəmiryolu xətti son 30 il ərzində istifadəsiz qalıb: "Orada da əlavə investisiyaya ehtiyac var və bu sahədə də işlərə başlanılıb".

Nazir əlavə edib ki, bütün bu proseslər region üçün olduqca yüksək nəticələr vəd edir.

"Artıq Azərbaycandan Ermənistana neft məhsullarının daşınması mövcuddur. Növbəti mərhələdə hesab edirik ki, ticarət genişlənə də bilər".

C.Bayramov deyib ki, son bir ilə yaxın zamanda Azərbaycandan Ermnənistanda 60 min ton yük, 20 min ton isə neft məhsulu keçib.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında geniş tərkibdə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər