XİN başçısı: SOCAR-ın İsveçrədəki yanacaqdoldurma məntəqələrindən istifadə edirəm
Far.Az xəbər saytı

XİN başçısı: SOCAR-ın İsveçrədəki yanacaqdoldurma məntəqələrindən istifadə edirəm


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqələri (YDM) İsveçrədə populyardır.

"Far.Az" xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Bakıda mətbuat üçün brifinqdə deyib.

Nazir qeyd edib ki, avtomobil idarə edərkən SOCAR YDM-nin xidmətlərindən istifadə edir: "SOCAR İsveçrədə yaxşı tanınan şirkətdir. Özüm avtomobil idarə edərkən bəzən onun yanacaqdoldurma məntəqələrindən də istifadə edirəm. Bəzi yerlərdə bunlar İsveçrədə ən çox yayılmış məntəqələrdəndir. Bizdə demək olar ki, dünyanın hər yerindən, çox sayda ölkəyə məxsus yanacaqdoldurma məntəqələri var".

Bununla yanaşı, o əlavə edib ki, İsveçrə "qalıq yanacağı olmadan, neftsiz, karbohidrogenlərsiz" gələcəyə keçid etməyə çalışır.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında geniş tərkibdə görüş keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər