"Nizami" və "28 May" metrostansiyaları arasında əlavə avtobuslar ödənişli olacaq
Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.
Bu barədə "Far.Az"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, avtobuslar arasında interval 5 dəqiqədən az olacaq: "Bu stansiyalar arasında 6 ekspres avtobus fəaliyyət göstərəcək. Bununla sərnişinlərə metrodan istifadə etmədən şəhərin bir nöqtəsindən digərinə, yəni əsas axın istiqamətləri üzrə hərəkət etmək imkanı yaradılacaq. İlk baxışda "28 May"-"Nizami" stansiyaları arasında avtobus əlaqəsinin yaradılması asan görünür. Lakin məlumdur ki, bir metro qatarı 1 600 sərnişin daşıyır. İntervallar bütün nəqliyyat növləri arasında mövcud ən minimal həddədir. Yəni "İçərişəhər"-"Həzi Aslanov" istiqamətini götürsək, 2 dəqiqə 30 saniyədən bir qatar daxil olur və avtobusların intervalının isə 5 dəqiqədən az etmək mümkün olmadığını nəzərə alsaq, bu təxminən 40-a yaxın 80 nəfər tutumlu avtobus deməkdir".
Xatırladaq ki, gələn həftənin sonunda metronun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq" – MÜSAHİBƏ
Anar Rzayev: "2030-cu ildə Bakıda nəqliyyat sıxlığı ciddi azalacaq"
İçərişəhər rəqəmsallaşır: Yelo Bank yeni təşəbbüsə qoşuldu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Azərbaycanda sürücüsüz avtobus və qatarlar fəaliyyət göstərəcək
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
Xırdalanda ər və arvad arasında insident olub, kişi ölüb













