Rusiya Ukraynaya raketlərlə zərbələr endirdiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi avqustun 5-nə keçən gecə Ukrayna ərazisinə yüksək dəqiqlikli raketlər və uzaqmənzilli pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirdiyini açıqlayıb.
Far.Az Rusiya Nazirliyin məlumatına istinadən xəbər verir ki, hücumlar nəticəsində Kiyev və onun vilayətində silah-sursatın, hərbi yüklərin saxlanılması və daşınması, eləcə də pilotsuz uçuş aparatlarının istehsalı və paylanması üçün istifadə edildiyi iddia olunan nəqliyyat-logistika və paylama mərkəzləri vurulub.
Bildirilib ki, Odessanın cənubunda Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi texnika daşıdığı iddia edilən üç yük gəmisi də zərbələrin hədəfi olub.
SHOT teleqram kanalının məlumatına görə, hücum zamanı azı 35 "İsgəndər" və hipersəs "Sirkon" raketindən, həmçinin onlarla "Geran" tipli pilotsuz uçuş aparatından istifadə edilib. Məlumatda hücumların əsasən nəqliyyat və anbar infrastrukturuna yönəldiyi qeyd olunur.
Həmçinin "Çayka" nəqliyyat-logistika kompleksinin məhv edildiyi, zərbələrdən sonra ərazidə təkrar partlayışların baş verdiyi iddia edilir. NASA peyklərinin Kiyevin şərqində yerləşən sənaye zonasında iri yanğınlar qeydə aldığı bildirilir.
Ukrayna tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Rusiya Kiyevi "İsgəndər" raketləri ilə vurub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamaxı-İsmayıllı yolunda "Audi" yanıb
-
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
-
Sabaha 39° isti gözlənilir
-
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
-
Konstantinos Vasiliadis: "Neftçi" rəhbərliyi ilə baxışlarımız tam üst-üstə düşür"
-
Dəmir yolu ətrafında yaşayanların NƏZƏRİNƏ!













