İranla Pakistan arasında 10 milyard dollarlıq ticarəti hədəfləyən memorandum imzalanıb
İranla Pakistanın Birgə Ticarət Komitəsinin İslamabadda keçirilən 10-cu iclasında ticarət əməkdaşlığının genişləndirilməsi üzrə anlaşma memorandumu imzalanıb.
"Report" xəbər verir ki, məlumatı İRNA yayıb.
Bildirilib ki, İslamabadda imzalanan memorandumda ikitərəfli ticarətin 10 milyard dollarlıq hədəf göstəricisinə nail olunması və azad ticarət sazişinin imzalanması istiqamətində irəliləyiş üzrə qarşılıqlı öhdəlik açıqlanıb.
Məlumata görə, görüşdə İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabək və pakistanlı həmkarı Cam Kamal Xan iştirak ediblər.
İnformasiyaya əsasən, görüşdə ticarət əməkdaşlığı, xüsusilə sərhəd bölgələrində, dəniz və gəmiçilik fəaliyyətinin inkişafı, azad ticarət sazişinin irəlilədilməsi üzrə əlaqələndirilmiş addımlar, birgə azad zonaların yaradılması və barter ticarəti məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ürəkbulanma, qusma və mədə ağrıları - YENİ VİRUS yayılır?
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
-
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
-
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var
-
"Reuters": İran və Omanın Hörmüzlə bağlı planı icra olunmaya bilər













