Paşinyanla türk jurnalistin səmimi dialoqu: "İndi qardaş olduq"
COP31 sammiti çərçivəsində Türkiyəyə səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan türkiyəli jurnalistlə səmimi söhbəti ilə diqqət çəkib.
Far.Az xəbər verir ki, jurnalist Paşinyana Türkiyənin məşhur müğənnisi Tarkandan mahnı səsləndirib. Ermənistanın baş naziri isə sənətçini tanıdığını bildirib. Daha sonra onlar birlikdə əlləri ilə ürək işarəsi göstəriblər.
Jurnalist Paşinyana müraciət edərək deyib:
"İndi biz qardaş olduq. Türkiyə və Ermənistan əlaqələrini inkişaf etdirmək üçün gözəl addımlar atırıq. Bundan çox məmnunuq. Ümid edirəm ki, gələcəkdə Ermənistan, Azərbaycan və Türkiyə olaraq regionumuz üçün ortaq işlər görə bilərik. Zənnimcə, bu, xalqlarımız üçün çox gözəl olar. Siz bu barədə nə düşünürsünüz?"
Paşinyan cavabında sülh, əməkdaşlıq və rifah naminə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb:
"Bəli, biz əməkdaşlıq, sülh və rifah naminə səy göstərməliyik. Düşünürəm ki, hazırda doğru yoldayıq".
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Nailə Balayeva: Jurnalistin əsas silahı mənbədir
İlham Əliyevin Nikol Paşinyanla görüşü Gürcüstan mediasında
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - Yenilənib-4
Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













