"Qalatasaray"ın yeni "10 nömrə"si bu iki futbolçudan biri ola bilər
Transfer çalışmalarını sürətləndirən Türkiyənin "Qalatasaray" klubu "10 nömrə" mövqeyi üçün iki namizəd müəyyənləşdirib.
Far.Az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, İstanbul təmsilçisi Moskvanın "Lokomotiv" klubunun 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov və Portuqaliyanın "Portu" komandasının 19 yaşlı istedadı Rodriqo Mora arasında seçim etməyi planlaşdırır.
Məlumata əsasən, azarkeşlərin transfer siyasətinə görə klub rəhbərliyini tənqid etməsindən sonra "Qalatasaray" rəhbərliyi danışıqları sürətləndirib və avqustun 8-dək ən azı bir və ya iki transferi rəsmiləşdirməyi hədəfləyir.
Xəbərdə qeyd olunur ki, "Milan"ın ulduzu Rafael Leao və "Ayntraxt Frankfurt"un gənc futbolçusu Can Uzunla aparılan danışıqlarda da müsbət irəliləyiş var. İddiaya görə, Leaonun satınalma öhdəliyi ilə icarəyə götürülməsi, Can Uzunun isə birdəfəlik transferi istiqamətində mühüm mərhələ qət edilib.
Bununla yanaşı, "10 nömrə" mövqeyi üçün əsas namizədlərin Aleksey Batrakov və Rodriqo Mora olduğu bildirilir. Klub rəhbərliyinin bu iki futbolçudan birini heyətə qataraq həmin mövqedə transferi yekunlaşdırmağı planlaşdırdığı iddia olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ürəkbulanma, qusma və mədə ağrıları - YENİ VİRUS yayılır?
-
Bakının mərkəzində obyektdə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2
-
Birbank Biznes-dən mikro biznes kreditinə 5%-dək endirim
-
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var
-
"Reuters": İran və Omanın Hörmüzlə bağlı planı icra olunmaya bilər
-
Kiyev ABŞ-nin Umerovun namizədliyinə razılıq vermədiyi barədə məlumatı təkzib edib













